Qvardiola Holandın penaltini qaçırmasına belə reaksiya verdi

Dec 27, 2024 - 15:14
Qvardiola Holandın penaltini qaçırmasına belə reaksiya verdi

İngiltərə Premyer Liqasının (İPL) 18-ci turunda öz meydanında "Everton"la 1:1 hesablı heç-heçə edən "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola sözügedən qarşılaşmada Erlinq Holandın penaltini qola çevirə bilməməsindən danışıb.

Fanat.az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini "The independent" belə çatdırıb:

"Nə həyat asandır, nə də idman. Bu, normal haldır. Holandın penaltini qaçırdığı epizoddan sonra da çox sayda qol imkanlarımız oldu".

Xatırladaq ki, 18 tura 28 xal toplayan MS hazırda İPL-in turnir cədvəlində 7-ci pillədə mövqe tutub.