Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif etdi

Mar 11, 2025 - 09:16
Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib.

Dövlət başçısının fərmanı hüquqi informasiya portalında dərc olunub.

Bildirilib ki, Qafarova “Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində xidmətlərinə görə” təltif edilib.