PSJ-nin 55 milyonunu dondurdular: Mbappeyə veriləcək?

Paris məhkəməsi klubun “Real Madrid”in hücumçusu Kilian Mbappeyə ödəməkdən imtina etdiyi borca görə PSJ-nin hesablarında olan 55,4 milyon avronu dondurub.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
Bu məbləğə imza bonusu (36,6 milyon avro), əmək haqqı (2024-cü ilin aprel, may və iyun ayları üçün ayda 5,750,000 avro) və etika bonusları (eyni dövr üçün ayda 500,000 avro) daxildir.
Daha əvvəl PSJ “Real”a keçən Mbappeyə olan borcunu ödəməkdən imtina etmişdi.
Futbolçunun vəkili cümə axşamı keçirdiyi mətbuat konfransında məhkəmənin təhlükəsizlik tədbiri olaraq fransızın PSJ hesablarından tələb etdiyi məbləği dondurduğunu açıqlayıb.
Bu iş üzrə Paris məhkəməsində dinləmə mayın 26-da keçiriləcək.