Premyer Liqanın 3 nəhəngi göz dikib: “Barsa” bu qiymətə satır

“Mançester Yunayted”, “Liverpul” və “Aston Villa” Barselonanın 25 yaşlı hücumçusu Ferran Torreslə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “mavi-qranatlar”ın baş məşqçisi Hans-Diter Flik ispan futbolçunu komandada saxlamaq istəyir, lakin klub rəhbərliyi 40 milyon avroluq təklif gələrsə, onu buraxmağa hazırdır.
Bu mövsüm 25 yaşlı hücumçu bütün turnirlərdə 32 oyuna çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 28 milyon avrodur.