Neft Fondu son bir ildə 61 ton qızıl alıb

Apr 21, 2025 - 08:59
Neft Fondu son bir ildə 61 ton qızıl alıb

Bu ilin ilk rübünün yekununa olan məlumata görə Dövlət Neft Fondunun investisiya portfelində qızılın payı 25,8%-ə və ya 165,3 tona çatıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövründə Neft Fondunun investisiya portfelində qızılın payı 13,2% və ya 104,6 ton olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə Neft Fondunun qızıl ehtiyatları 58% və ya 60,7 ton artıb.

Qeyd edək ki, hazırda Fondun sərəncamında olan qızılın ümumi dəyəri 16 milyard 134,4 milyon dollara bərabərdir.