Nazirlik və xəstəxanadan mənəvi zərər tələb edilir

Nov 18, 2024 - 15:30
Nazirlik və xəstəxanadan mənəvi zərər tələb edilir

Səhiyyə Nazirliyi və Bərdə Rayon Mərkəzi Xəsətəxanası məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, iddiaçı Hüseynov Niyaməddin Hüseyn oğlu adlı vətəndaşdır. 

Onun iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq. Dekabrın 10-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Vüsalı Musayevanın sədrliyi ilə keçiriləcək. 

Niyaməddin Hüseynov nazirlikdən və xəstəxanadan mənəvi zərər tələb edir.