Mövqelərimiz atəşə tutuldu

Apr 11, 2025 - 09:14
Mövqelərimiz atəşə tutuldu

Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə  yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, - məlumatda deyilir.