Lənkəranda yaşıllıqlar kütləvi şəkildə məhv edilib - Bələdiyyə sədri günahkar bilinir (FOTO)

Jan 12, 2025 - 15:08
Lənkəranda yaşıllıqlar kütləvi şəkildə məhv edilib - Bələdiyyə sədri günahkar bilinir (FOTO)

Lənkəran rayonunun Boladi kəndinin örüş sahələrində və sakinlərin pay torpaqlarında ağacların qırılması faktları qeydə alınıb.

Bu barədə AzToday.az-a məlumat verən kənd sakinləri bildirirlər ki, Boladi bələdiyyəsinin sədri Salman Dadaşovun yaxın qohumları ağacları kəsərək qaz olmayan kəndlərdə satırlar. Kənd sakinlərinin şikayəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarəsi yoxlama da təşkil edib. Amma sakinlər iddia edir ki, ekologiya əməkdaşları merkantil maraqlarına görə, faktları rəsmiləşdirməyiblər. 

Redaksiyamıza təqdim olunan görüntülərdən məlum olur ki, ərazidə yüzlərlə ağac kəsilib. Həmin görüntülərin bir qismini təqdim edirik: