Hövsanda partlayış olub – Ölən var

Apr 22, 2025 - 09:59
Hövsanda partlayış olub – Ölən var

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində evdə partlayış olub.

AzToday.org “Report”a istinadla xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.

Qeyd olunub ki, partlayış nəticəsində evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.