Haitidə Rövşən Nəcəf yoxdur?

Yəni yenə də sizə aydın olmadı ki, Azərbaycan yığmasında məşqçi amilinin heç bir önəmi yoxdur? Yəni yenə də sizə aydın olmadı ki, Azərbaycanda məhsul-futbolçu yoxdur?
Yəni yenə də sizə aydın olmadı ki, Azərbaycanda bu məhsulu-futbolçunu yetişdirmirlər? Yəni yenə də sizə aydın olmadı ki, məhsulu-futbolçunu yetişdirmək üçün torpaq-infrastruktur lazımdır, bu torpağa toxum səpilməli, ona aqrotexniki qaydada qayğı göstərilməlidir?
Axı bütün bunları Haiti yığması dünyanın o başından bu başına gələrək sizə bir daha başa saldı. Başa saldı ki, Azərbaycan futbolunun ən ciddi problemi idarəçilikdir.
Haitililər dedilər ki, ay azərbaycanlılar, bizdə futbolun başında uzun illər Rövnəq Abdullayev turp əkməyib. Rövnəq gedib, Rövşən Nəcəf gəlib “turp əkini”ni davam etdirməyib.
Haitililər bunu dedilər və getdilər. Kimsə başa düşdü. Başa düşməyənlər də Rövşən Nəcəfin 4 milyon avroya yazdırdığı strategiyaya ümid bağlasın.
Haitidə Rövnəq Abdullayev, Rövşən Nəcəf yoxdur. Olsa da, onlara futbolun başında turp əkməyə fürsət vermirlər. Haitililər çox xoşbəxtdirlər.
Natiq Muxtarlı