Gözlənilməz həmlə: “Real” onu “Barsa”nın əlindən almaq istəyir

“Bayer Leverkuzen”in alman müdafiəçisi Conatan Ta “Barselona” və “Real Madrid”in diqqətini çəkir.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya nəhənginə keçməyə mümkün qədər yaxın olan 28 yaşlı futbolçu hələ də müdafiənin mərkəzini gücləndirməli olan “Real”ın da radarına düşüb.
Madrid nəhənginin rəhbərliyi Conatanın hazırda Leverkuzendə çalışdırıcısı olan Xabi Alonsonu Ançelottinin əvəzləyicisi kimi görür. Bildirilir ki, bu amil iki İspaniya komandasının Ta uğrunda mübarizəsində həlledici ola bilər.