Elmin Zamanovun rəhbəri olduğu qurumun 4 milyon vergi borcu var

Apr 11, 2025 - 20:23
Elmin Zamanovun rəhbəri olduğu qurumun 4 milyon vergi borcu var

Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin külli miqdarda vergi borcu var. 

Qaynarinfo-nun məlumatına görə, qurumun vergi borcu hazırda 4 757 313,5 manatdır. 

Binəqədi rayon MKTB Bakı Mənzil Kommunal Təsərrüfatı Departamentinin tabeliyində fəaliyyət göstərir. 

MKTB-nin rəhbəri Elmin Zamanovdur. Mediada Elmin Zamanovun fəaliyyəti ilə bağlı tənqidi materialların sayı hesabı yoxdur.