Əkrəm İmamoğlunun vəzifəsini bu şəxs icra edə bilər

Martın 19-da saxlanılan və sonradan həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) sədri Əkrəm İmamoğlunun yerinə təyin olunacaq şəxs ətrafında müzakirələr gedir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu vəzifəyə ən çox adı hallanan şəxs İBB Şurasının üzvü Nuri Aslandır.
Bildirilir ki, İmamoğlunun həbsindən sonra şəhər rəhbərliyində kimin olacağı sualı İstanbul sakinlərini maraqlandırır. İBB Bələdiyyə Məclisinin qərarı ilə yeni bələdiyyə başçısı müəyyən ediləcək. CHP-nin də namizəd olaraq Nuri Aslanı irəli sürəcəyi bildirilir.
İmamoğlunun saxlanmasından sonra onun verdiyi etibarnamə əsasında Nuri Aslan martın 20-dən etibarən sədrin vəzifəsini icra edir. Son qərarın yaxın saatlarda açıqlanacağı gözlənilir.