““Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır” − İlham Mirzəyev

Apr 23, 2025 - 23:31
““Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır” − İlham Mirzəyev

““Azəristiliktəchizat” bu gün subsidiya ilə işləyir, sirr deyil ki, bizdə tariflər aşağıdır”.

AzToday.org APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev deyib.

O bildirib ki, bu gün subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır:

“2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzlənib. Bu addım gəlirlərin müəyyən qədər artmasına imkan verib, belə ki, bu qərar bizə təxminən 2 milyona yaxın əlavə gəlir gətirdi. 2025-ci il yanvarın 1-dən tariflər 30 qəpik civarında müəyyən olunub. Bu da gəlirlərin iki dəfə artımı deməkdir. İstənilən istilik təchizatı obyektinin “Azəristiliktəchizat”ın balansına verilməsi əlavə xərc olmaqla yanaşı, əlavə subsidiya da tələb edir”.