Azərbaycanda uşaqlara ən çox bu adları qoyurlar

Oct 23, 2024 - 17:03
Azərbaycanda uşaqlara ən çox bu adları qoyurlar

Bu ilin ötən dövrü ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən çox qoyulan kişi adı Uğur olub – 1 488 nəfər. Bu dövrdə qızlara isə ən çox qoyulan ad Zəhra olub. 1 044 nəfər qız körpəyə Zəhra adı verilib.

Kişi adları arasında ən çox qoyulan 10 ad aşağıdakı kimi olub:
Uğur – 1 488
Əli  – 1 160
Hüseyn – 1 146
Yusif – 1 004
Raul – 921
Ömər – 742
Murad – 626
Məhəmməd – 622
Tunar – 578
Ayxan – 565

Qadın adları arasında ən çox qoyulan 10 ad aşağıdakı kimi olub:


Zəhra – 1 044

Zeynəb – 1 033
Məryəm – 1 031
Aylin – 951
Nilay – 945
Melisa – 919
Ayla – 916
Fatimə - 777
İnci – 771
Mələk – 731

Onu da bildirək ki, son 4 ildə ən çox qoyulan adlar arasında ən çox artım Melisa və Ayla adlarında qeydə alınıb. Ən çox azalma isə Yusif, Zəhra və Nuray adlarında olub.