Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb

Nov 18, 2024 - 08:36
Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb

Bu ilin sentyabr ayında Azərbaycana Türkiyədən 6 baş ulaq (eşşək) idxal edilib.

Yeniavaz.com xəbər verir ki, idxal olunan 6 baş ulaq üçün ümumilkdə 9,4 min dollar (16 min manat) ödənilib.

Açıqlanan məlumatlardan belə görünür ki, Türkiyədən gətirilən ulaqların bir başının orta gömrük dəyəri 2 min 664 manat olub.

Məlumat üçün bildirək ki, Azərbaycan daha əvvəl xaricdən ulaq idxal etməyib.