Arxitektura Komitəsi Memar Əcəmi metrosunun yanındakı qanunsuz tikintiyə niyə "göz yumur"?

Nəsimi rayonunun Memar Əcəmi metrostansiyasının yanında qanunsuz restoran tikintisi aparılır.
Qlobal.az xəbər verir ki, bir neçə gündür başlanan qanunsuz tikintiyə dövlət qurumları "göz yumur".
Sakinlər bildirirlər ki, ərazidə aparılan tikinti zamanı xeyli sayda ağac kəsilib.
Sakinlər aidiyyatı dövlət qurumlarına müraciət etsələr də, onların müraciətlərinin cavabsız qalıb.
Qlobal.az məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən mövqe almağa çalışsa da, qurum heç bir mövqe bildirmədi.
Maraqlıdır ki, Memar Əcəmi metrostansiyasının yanında aparılan qanunsuz tikintiyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də reaksiya vermir.
Mövzunu diqqətdə saxlayacağıq.
Aidiyyatı qurumlar mövqe sərgiləyə bilər.