"Arsenal" oyunçusunu bu kluba satdı - MƏBLƏĞ

İngiltərənin "Sauthempton" klubu Aaron Ramsdeylin transferi ilə bağlı "Arsenal"la razılığa gəlib.
Fanat.az xəbər verir ki, məlumatı "Sky Sports" yayıb.
Mənbənin məlumatına görə, londonluların 26 yaşlı qolkiperinin keçidi qarşı tərəfə 25 milyon funt-sterlinqə başa gəlib. Bunun 7 milyonu bonuslar şəklində olacaq. Ramsdeyl bu gün tibbi müayinədən keçəcək.
“Arsenal” artıq Ramsdeyl üçün əvəzləyici tapıb. İngiltərə nəhəngi “Espanyol”un qapıçısı Xuan Qarsiyanı transfer etmək üçün çalışır.