Ançelotti qalmaq istəyir, Peres isə…

Jan 22, 2025 - 04:05
Ançelotti qalmaq istəyir, Peres isə…

Karlo Ançelotti cari mövsüm başa çatdıqdan sonra “Real”ı tərk etmək fikrində deyil.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Nəşr italyan mütəxəssisin postundan gedəcəyi ilə bağlı iddiaları həqiqətə uyğun olmadığını bildiriir. “Don Karlo” hələ də “kral klubu”nda işləməyə davam etməkdə qərarlıdır.

Xatırladaq ki, “Real”ın prezidenti Florentino Peresin komandanın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyəcəyi təqdirdə, yazdan əvvəl Ançelottini istefaya göndərə biləcəyi də iddia edilir. Madrid təmsilçisi 6 turdan sonra UEFA Çempionlar Liqasının turnir cədvəlində 20-ci yerdədir. Əsas mərhələnin qalan görüşlərində “kral klubu” “Zalsburq” və “Brest”lə qarşılaşacaq.

Şayiələrə görə, hazırda Bayer Leverkuzendə çalışan Xabi Alonso 2025-ci ilin yayında “Real”ın baş məşqçisi vəzifəsinə keçəcək.