Pirsağı qəsəbəsinin Yeni yaşayış massivinin yolları su altında qalıb (VİDEO, FOTO)

Jan 27, 2025 - 15:26
Pirsağı qəsəbəsinin Yeni yaşayış massivinin yolları su altında qalıb (VİDEO, FOTO)

Sabunçu rayonu, Pirsağı qəsəbəsinin Yeni yaşayış massivinin sakinləri yollardan şikayətlənir.

AzToday.az-a təqdim olunan görüntülərdən məlum olur ki, massivdə su borularının və kanalizasiya xətlərinin partlaması nəticəsində yollar keçilməz vəziyyətdədir. Suraxanı İcra Hakimiyyəti və Pirşağı bələdiyyəsi isə vəziyyəti görməzdən gəlir. Bir tərəfdən palçıqlı yollar, digər tərəfdən üfunət iyi sakinlərinin həyatını cəhənnəmə çevirib. 

Sakinlər bildirir ki, aylardır bu vəziyyətdə yaşayırlar, yağış yağanda isə evlərindən çölə çıxa bilmirlər.

Həmin görüntüləri təqdim edirik: