Nəsimi rayonunda təmir aparılan binaların həyətini xarabalığa çevrilib - VİDEO

Apr 16, 2025 - 10:00
Nəsimi rayonunda təmir aparılan binaların həyətini xarabalığa çevrilib - VİDEO

Bu binaların həyətində aparılan yenidənqurma işləri yarımçıq qalıb

Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 7 ünvanının sakinləri iddia edirlər ki, uzun müddətdir binaların həyətində aparılan abadlıq-yenidənqurma işləri yarımçıq saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlərin sözlərinə görə, futbol meydançası da hələlik qeyri-müəyyən səbəbdən istifadə üçün açılmayıb.

Onların istəyi işlərin tamamlanmasıdır.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən ünvanda işlər qısa zamanda tamamlanacaq.