Flik "Barselona"nın uzunmüddətli müqavilə təklifini geri çevirdi - AÇIQLAMA

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubu ilə uzunmüddətli müqavilə imzalamaq istəmədiyini bildirib.
Fanat.az xəbər verir ki, 60 yaşlı alman mütəxəssisin bu barədə dediklərini tanınmış insayder Fabritsio Romano belə təqdim edib:
"Mən "Barselona"da işləməkdən çox zövq alıram. Heyət, oyunçular - hər kəs inanılmazdır. Bir ailə kimiyik, atmosfer fantastikdir. Barselonada yaşamağı sevirəm, bu komandanı necə inkişaf etdirməklə bağlı enerji və fikirlərlə doluyam.
Amma mən özümü təhlükəsiz hiss etmək üçün 3 illik müqavilə imzalayan məşqçilərdən deyiləm. Dünyanın ən yaxşı klubunda addım-addım çalışmaq istəyirəm. Hazırda daha bir il müqaviləm var, sonrasına baxarıq. Hamı razı olsa, birlikdə irəliləyərik. Lakin mən bütün diqqətimi indiki vaxta yönəldirəm. Hələ görüləsi çox işimiz var".
Flik ötən ilin yayından "Barselona"ya başçılıq edir. Onun kataloniyalılarla müqaviləsinin müddəti 2026-cı ilin iyun ayına qədərdir. Klub alman mütəxəssislə 2027-ci ilə qədər müddətə yeni anlaşma imzalamaq istəyir.