“2-4 gün ərzində Hindistanla müharibə başlaya bilər” – Pakistanın müdafiə naziri

Apr 29, 2025 - 08:46
“2-4 gün ərzində Hindistanla müharibə başlaya bilər” – Pakistanın müdafiə naziri

2-4 gün ərzində Hindistan və Pakinstan arasında müharibə başlaya bilər.

Yeniavaz.com “Dawn”a istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif məlumat verib.

“Biz üfüqdə müharibənin yaxınlaşdığı faktına zehni olaraq hazır olmalıyıq. Müharibənin yaxın iki, üç və ya dörd gündə başlaya biləcəyi ehtimalı, çox real ehtimalı var”, - nazir deyib.

Asif açıqlamanın yaxın günlərdə müharibənin başlayacağına dair inamlı proqnoz kimi qəbul edilməməsi lazım olduğuna aydınlıq gətirib və yalnız qarşıdakı günlərin həlledici olacağını nəzərdə tutduğunu izah edib:

“Pakistan ölkənin suverenliyinə təhlükə yaranarsa və ya hərbi embarqo tətbiq olunarsa, istənilən hərbi əməliyyata 100% hazırdır”.

Xavaca Asif onu da vurğulayıb ki, regionun digər ölkələri də hər hansı mübahisələrin qarşısını almaq və münaqişənin gərginliyini azaltmaq üçün çalışırlar.