Azərbaycan Ordusunun zabiti vəfat etdi

Azərbaycan Ordusunun zabiti Türkiyədə vəfat edib.
Bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, Müdafiə Nazirliyi Quru Qoşunlarının mayoru Əli Məhərrəmov Türkiyədəki xəstəxanada uzun müddət əziyyət çəkdiyi onkoloji xəstəlikdən həyatını itirib.
Qeyd edək ki, bir müddət əvvəl Ə. Məhərrəmovun sümük iliyi transplantasiyası üçün yardım istədiyi videomüraciəti yayılmışdı.
Allah rəhmət eləsin!