İran XİN nüvə proqramı ilə bağlı güzəştə getməyə hazır olduğunu bildirdi

May 27, 2025 - 10:14
İran XİN nüvə proqramı ilə bağlı güzəştə getməyə hazır olduğunu bildirdi

“İran nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlarda güzəştə getməyə hazırdır”.

Yeniavaz.com xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai deyib.

“Əgər danışıqların məqsədi İranın nüvə proqramının bir hissəsi kimi silah istehsal etməyəcəyinə dair təminat əldə etməkdirsə, düşünürəm ki, biz bunu çox asanlıqla edə bilərik. Əgər ABŞ-nin niyyəti iranlıları dinc nüvə enerjisi hüququndan məhrum etməkdirsə, bu, bütün prosesi sual altına qoyar”, - Baqai deyib.