Lisey və gimnaziyalara qəbulla bağlı qoyulan qadağa ləğv olundu

Bir müddət əvvəl lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinifdən aparılması ilə bağlı qərar verilib və bu valideynlərin narazılığına səbəb olub.
Təhsil İnstitutu məsələ ilə bağlı növbəti açıqlama yayıb.
“Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək”, - məlumatda vurğulanıb.