“Məhkəmə Azərbaycanla sülhü təsdiq etməsə, əsas qanuna dəyişiklik ediləcək”

May 26, 2025 - 14:18
“Məhkəmə Azərbaycanla sülhü təsdiq etməsə, əsas qanuna dəyişiklik ediləcək”

“Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, Ermənistanın əsas qanununa dəyişiklik təşəbbüsü ilə şəxsən özüm çıxış edəcəyəm”.

Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” beynəlxalq forumunda bildirib.

O qeyd edib ki, saziş istənilən halda Konstitusiya Məhkəməsinə göndərilməlidir.

“Əgər Konstitusiya Məhkəməsi sazişin Ermənistan qanunlarına uyğun olmadığına qərar versə, o zaman mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacağam, çünki hesab edirəm ki, sülhün bağlanması imkanını əldən vermək olmaz”, - o, qeyd edib.