“Sammitin Azərbaycanda keçirilməsi qərarını alqışlayıram” – Paşinyan

May 24, 2025 - 11:34
“Sammitin Azərbaycanda keçirilməsi qərarını alqışlayıram” – Paşinyan

“Avropa Siyasi Birliyinin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.

“Xüsusi vurğulamaq vacibdir ki, Ermənistan və Azərbaycan Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı dəstəkləyiblər”, - o qeyd edib.

Xatırladaq ki, bu gün Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta X sosial şəbəkəsindəki səhifəsində sammitin 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə birinci yarıda Azərbaycanda, ikinci yarıda isə Latviyada keçiriləcəyini bildirib.