Rövnəq Abdullayevə bağlı şirkətlər AFFA-ya sponsorluğu dayandırıb

Apr 11, 2025 - 20:16
Rövnəq Abdullayevə bağlı şirkətlər AFFA-ya sponsorluğu dayandırıb

Ötən il AFFA-ya daxil olan vəsaitlərin ümumi məbləği 44 milyon 347 min 238 manat olub.

Yeniavaz.com xəbər verir ki, əvvəlki illə müqayisədə bu vəsait 24,5% və ya 8 milyon 729 min 793 manat artıb.

Son 2 ildə AFFA-ya daxil olan pulların mənbələr üzrə məbləği aşağıdakı kimi olub:

Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən il AFFA-nın əsas sponsorlarından olan “Liv Bona Dea Hospital”, “Məlhəm Beynəlxalq Hospital” və “Rabitəbank” bu il sponsorların siyahısında yoxdur. Onların yerinə isə yeni sponsorlar – “Bank Respublika”, “Azərlotoreya”, “Paşa Sığorta”, AZAL və “Xırdalan” daxil olub.

Qeyd edək ki, AFFA-nın sponsorluğundan uzaqlaşdırılan şirkətlər SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin ailə üzvlərinə bağlı olub. Rövnəq Abdullayevin kürəkəni – 1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur. Rövnəq Abdullayevin qızı Sevinc Abdullayeva isə “Liv Bona Dea Hospital”ının İdarə heyətinin üzvüdür.