Nəsimi rayonunda iri gövdəli ağaclar kəsildi, yerində obyekt tikiləcək - (VİDEO, FOTO)

Nəsimi rayonunda qanunsuzluqlar davam etməkdədir.
Xalq.az xəbər verir ki, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən Şəki restoranı sökülür. Söküntü zamanı onlarla ağac kəsilib. Kəsilən ağacların əksəriyyəti iri gövdəli yaşıl ağaclar olub.
Məlumatda bildirilir ki,restoran sökülərək ərazidə yeni inşa işləri aparılması planlaşdırılır.
Məsələ ilə bağlı Nəsimi rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmayıb. Ərazidə fəaliyyət göstərən sahibkarladan da mövqe öyrənmək cəhdləri alınmayıb.
Əlaqədar qurumların açıqlamalararını dərc etməyə hazırıq.