İran Azərbaycana səfir təyin edəcək

“İranın Azərbaycandakı səfirinin təyinatı davam edir”.
Yeniavaz.com “Nournews”-a istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai İranın Azərbaycandakı səfirinin təyinatı ilə bağlı sualı cavablandırarkən deyib.
“Hazırda səfirin təyinatı prosesi gedir və ümid edirik ki, bu, tezliklə başa çatacaq”, - deyə XİN sözçüsü bildirib.
O, həmçinin İran prezidentinin Azərbaycana səfərinin gündəmdə olduğunu da əlavə edib.