Bayraq dirəyində tədqiqat aparacaq Danimarka şirkətinə 115 min manat ödəniləcək

Dənizkənarı Bulvar İdarəsi Danimarkanın “Svend Ole Hansen ApS” şirkətilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, İdarə dövlət bayrağı dirəyinin uzunmüddətli istismarını təmin etmək, dayanıqlılığını artırmaq və güclü külək təsirlərinə qarşı müqavimətini yüksəltmək məqsədi ilə əlavə tədqiqatların aparılması və texniki hesabatların hazırlanması üçün “Svend Ole Hansen ApS” şirkətinə 115 min 296 manat ödəyəcək.
Qeyd edək ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.