Pakistan Hindistanın ölkəyə hücumunun hədəfini açıqladı

May 7, 2025 - 13:21
Pakistan Hindistanın ölkəyə hücumunun hədəfini açıqladı

Hindistanın hücumu Pakistanın su ehtiyatlarını hədəf alıb.

Yeniavaz.com xəbər verir ki, bunu “Geo TV”yə Pakistan silahlı qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələr (ISPR) üzrə nümayəndəsi bildirib.

O, düşmənin “qorxaq və zəif” olduğunu bildirib və Hindistanın hücum zamanı Pakistanın həyati əhəmiyyətli su ehtiyatlarına zərər vurmağa çalışdığını iddia edib.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 7-nə keçən gecə silahlı qüvvələr “Sindoor” əməliyyatına başlayıb və Pakistanda 9 hədəfə zərbələr endirib. Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, ölkə cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Pakistan Silahlı Qüvvələrinin məlumatına görə, mayın 7-nə keçən gecə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 qırıcı - MiQ-29, Su-30 və üç “Rafale” vurulub.