Qızılın qramı bu ilin əvvəlindən 40 manat bahalanıb

May 6, 2025 - 11:40
Qızılın qramı bu ilin əvvəlindən 40 manat bahalanıb

Mərkəzi Bankın bu gün açıqladığı məlumata görə, qızılın bir qramının qiyməti 184 manat 50 qəpiyə bərabər olub.

Yeniavaz.com xəbər verir ki, bir qram qızılın qiyməti bu ilin əvvəlindən ötən dövr ərzində 27,7% və ya 40 manat artıb.

Belə ki, bu ilin əvvəlində qızılın bir qramı 144 manat 50 qəpik olub.

Onu da qeyd edək ki, qızılın qiyməti son bir gün ərzində 5 manat 90 qəpik bahalanıb.