AZAL-ın Bakı-Moskva reysləri təxirə salındı

May 8, 2025 - 14:06
AZAL-ın Bakı-Moskva reysləri təxirə salındı

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təxirə salınıb.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, buna səbəb sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsidir.