AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində yolun ortasında obyekt tikilib.
Bu barədə Qaynarinfo-ya ərazidə yaşayan sakinlər məlumat veriblər.
Bildirilib ki, AAAF Park Yaşayış Kompleksində yerləşən hündürmərtəbəli binalarına sakinlərin rahat şəkildə avtomobillə gediş-gəlişini təmin edən yol bağlanıb. Gecə həmin yolda konstruksiyalardan ibarət mağaza tikilib.
Sakinlər obyektin tikintisinə etiraz etsə də, buna əhəmiyyət verən olmayıb.