Qızılın qiyməti tarixi maksimumunu təkrarladı

Apr 11, 2025 - 11:07
Qızılın qiyməti tarixi maksimumunu təkrarladı

Qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu təkrarlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti aprelin əvvəlindən bəri ilk dəfə bir troy unsiyası üçün 3 min 200 dolları keçib.

Belə ki, Bakı vaxtı ilə saat 02:33-ə olan məlumata görə, qızılın qiyməti 1 troy unsiyası üçün 3209,7 dollar (+2,17%) təşkil edib.

Bakı vaxtı ilə saat 02:48-də isə qızılın qiymətinin artımı sürətlənərək, 1 troy unsiyası üçün 3212 dollar (+2,24%) olub.

Qeyd edək ki, qızıl fyuçerslərinin qiyməti aprelin 2-də troya unsiyası üçün 3200 dolları keçərək, tarixi maksimumunu yeniləyib. Aprelin 2-də Bakı vaxtı ilə saat 00:29-a olan məlumata görə, qızılın qiyməti 1,12% artaraq 1 troya unsiyası üçün 3201,6 dollar təşkil edib.