Ordumuz Müsüskənd istiqamətində cavab tədbirləri görüb

Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, - məlumatda deyilir.