Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.
Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkə hesabında yazıb.
“Dünən yanında olduq. Bir iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları (ümumiyyətlə, yalan danışa bilmir) bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu. Bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qaraciyərinə yayılıb. Bu günlərdə “ximiya”ya başlayacaqlar”, - M. Zeynallı yazıb.
Xatırladaq ki, 2024-cü ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Əvəz Zeynallı barəsində 9 il həbs qərarı çıxarılıb. Dekabr ayında isə Ali Məhkəmədə onun cəzasını 2 ay azaldıb.