Azərbaycan və İsrailin XİN rəhbərləri görüşdü

Azərbaycan və İsrail xarici işlər nazirlərinin görüşü baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar “X” hesabında məlumat dərc edib.
O, bildirib ki, Ceyhun Bayramovla Əbu-Dabidə bir sıra məsələləri müzakirə edib.
“Azərbaycanla əlaqələr genişlənir. Bu əlaqələr strateji, diplomatik, iqtisadi, enerji və digər istiqamətləri əhatə edir. Biz onları qurmağa və gücləndirməyə davam edəcəyik!” – Saar bildirib.