ABŞ və Böyük Britaniya ticarət sazişi imzaladı

May 9, 2025 - 09:36
ABŞ və Böyük Britaniya ticarət sazişi imzaladı

ABŞ və Böyük Britaniya ticarət razılaşması əldə ediblər.

Yeniavaz.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniya Baş naziri Keyt Starmer bunu mediaya yayımlanan telefon danışığı zamanı bildiriblər.

Həm Tramp, həm də Starmer razılaşmanı “inanılmaz” adlandırıblar. ABŞ prezidentinin sözlərinə görə, razılaşmanın detalları yaxın həftələrdə yekunlaşacaq.

NYT-nin məlumatına görə, sövdələşmənin bir hissəsi kimi Britaniya, xüsusən də Amerika avtomobilləri və kənd təsərrüfatı mallarının qiymətlərini azalda bilər, həmçinin Amerika texnologiya şirkətləri üçün vergiləri ləğv edə bilər.

ABŞ və Böyük Britaniya arasındakı razılaşmalar Trampın aprel ayında dünyanın demək olar ki, hər bir ölkəsindən mallara rüsumları artıracağını elan etməsindən sonra ilk razılaşma olub. Çoxsaylı danışıqlar təkliflərindən sonra Tramp bəzi ölkələr üçün daha yüksək tariflərin tətbiqini 90 gün gecikdirdi.