“Siti”nin ulduzu mesaj verdi: Təkliflərə açığam

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne gələcək əməkdaşlıq üçün istənilən təklifi nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Daha əvvəl belçikalı cari müqaviləsi başa çatdıqdan sonra yayda klubu tərk edəcəyini açıqlamışdı.
Aut.az xəbər verir ki, insayder və jurnalist Fabritsio Romano De Bruynenin sözlərini “X” sosial şəbəkəsində sitat gətirib: “Bilmirəm nə olacaq. Komandalar gəlib məni yaxşı idman layihəsinin olduğuna inandırsalar, dinləməyə hazıram. Mən futbolu və futbol oynamağı sevirəm”.
Yarımmüdafiəçi 2015-ci ilin avqustundan “Mançester Siti”də çıxış edir. De Bruyne bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.