“Mətbuat Ərdoğanı bəyəndiyimə görə qəzəblənir” – Tramp

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə Türkiyənin Suriyadakı rolunun vacibliyini vurğulayıb.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Tramp Prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərinə diqqət çəkərək, onun çox güclü və ağıllı bir insan olduğunu deyib.
“Mənim çox yaxşı münasibətim olan bir insan var, onun adı Ərdoğandır. Bilirəm ki, mətbuat Ərdoğanı bəyəndiyimə görə qəzəblənir, amma mən ona rəğbət bəsləyirəm. O da mənə rəğbət bəsləyir və heç vaxt problemimiz olmayıb”, - ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, Türkiyə Suriyada heç kimin edə bilmədiyi şeyi edib:
“Ərdoğan çox güclü və ağıllı adamdır. Suriyada heç kimin edə bilmədiyini etdi. Etiraf etmək lazımdır”.