Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı? - VİDEO

“Halal Zəhmət” firmasının kolbasasından dəmir parçası çıxıb.
Bu gün ölkədə müxtəlif müəssisələrin istehsal etdiyi fərqli adda və çeşiddə kolbasa məhsulları satılır. Lakin sosial platformalarda müştərilər bu kolbasa, sosis və digər istehsal olunan məhsullardan mütəmadi yad cism çıxması ilə bağlı şikayətlər yayımlanır.
Xalq.az xəbər verir ki, bu barədə sosial şəbəkədə aparıcı Nübar Əbil şikayət paylaşılıb.
Şikayətçi bildirib ki, almayın, ailənizə, uşaqlarınıza verməyin. Görün bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir. “Bu kolbasanın artıq yarısı yeyılıb, bu məsələyə görə “Halal Zəhmət” firması heç məsuliyyət daşıyırmı kolbasanın içindən dəmir parçası çıxdı”.
Məsələ ilə bağlı “Halal Zəhmət” firmasından açıqlama almaq mümkün olmadı. Şirkətində fikirlərini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edir: