Bakıda daha bir məşhur stadion sökülür - Məktəbin stadionu imiş (VİDEO)

Tanınmış hüquqşünas Aslan İsmayılov Binəqədi rayonunda fəaliyyət göstərən 276 nömrəli məktəbin yanında yerləşən Vətən stadionu söküldüyü barədə məlumat yayıb.
AzToday.az xəbər verir dünın gecədən başlayaraq stadion sökülür.
Bəyənmədiyimiz sovetdən qalan bütün stadionları, parkları dədə malı kimi satıb taladılar. Buna görə heç kim cəzalanmadı. Əksinə vəzifələri artdı, orden, medal sahiblərinə çevrildilər. Ona görə də bu proses hələ də davam edir və hansısa sağlam gənclikdən danışmaq gülüncdür - deyə Aslan İsmayılov bildirib.
Aslan İsmayılov yazdıqlarını təqdim edirik:
Prezident Administrasının rəhbəri, Baş Prokuror, Ekologiya və Təbii Sərvətlər naziri, bu ölkədə qanunlar kimlər üçündür? Stadionları, yaşıllıqları söküb yerində nə qədər obyekt tikmək olar? Bundan sonra hansı sağlam gənclikdən danışmaq olar? Sadalanan qanun pozuntularının siyahısını tutsan, ətrafda yaşayan insanların gecə yuxularına haram qatmaqları siyahıda ən aşağıda dayanar...
Vətən stadionun söküntüsü fasiləsiz həyata keçirilir. Fasiləsiz söküntü işləri gecə vaxtı da həyata keçirildiyindən günün 24 saatı tikinti işləri səsindən normal yaşayış şəraiti pozulur. Xüsusilə gecə saat 12-də görülən işlərin səsi sakinləri yaxınlıqda yaşayan, istirahət edən şəxslərin imkanlarını əllərindən alır. Yaşayış binalarında yaşayan insanların xüsusi qayğı tələb edən təbəqəsi – körpələr, yaşlılar da yaşayır, gecə vaxtı görülən işlər xüsusilə həmin təbəqədən olan şəxslərin narahatlığına, psixi və sağlamlıq vəziyyətinin gərginləşməsinə səbəb olur.
Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev görəsən qaldığınız villanın yanında gecə 12-də söküntü işi aparsam necə olar? Bəsdirin! Hansısa biznesmen kompleks tikəcək deyə ahıl vətəndaşların gecə yuxusu niyə haram olmalıdır?!