Xankəndidə daha bir məktəb açılacaq

Xankəndidə daha bir məktəb açılacaq.
Bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı səsləndirib.
O bildirib ki, bu il Xankəndi şəhərində fəaliyyətə başlayan 4 nömrəli məktəb tam gücü ilə fəaliyyət göstərir və həmin ərazidə ikinci məktəbin də açılması planlaşdırılır:
"Bu baxımdan əminliklə deyə bilərik ki, yaxın illərdə işğaldan azad edilmiş bütün ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində böyük irəliləyişlər olacaq".