ANAMA-nın rəhbər şəxsi işdən çıxarıldı – Nalayiq hərəkətlər etdiyi deyilir

ANAMA-nın rəhbər şəxsinin işdən azad edildiyi iddia edilir.
Bu barədə “Report” məlumat yayıb.
Bildirilib ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov qərar verib:
“Qərara görə, Agentliyin Ağdam rayonunun Sarıcalı kəndində yerləşən mobil bazasının direktoru Əhmədov Ələsgər Həmzə oğlu kollektivdə nalayiq hərəkətlərə yol verdiyi üçün vəzifəsindən azad olunub”.