Aİ Rusiyaya qarşı sanksiyalar hazırlayır

May 13, 2025 - 10:35
Aİ Rusiyaya qarşı sanksiyalar hazırlayır

Almaniya hökuməti Avropa İttifaqından (Aİ) olan tərəfdaşları ilə razılaşdıraraq,  Ukraynada mayın 12-nin sonunadək atəşkəs əldə olunmasa, Rusiyaya qarşı əlavə sanksiyalar hazırlamağa başlayacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

Jurnalistlərin “Bu, mayın 12-si başa çatdıqda Aİ-nin sanksiyalar hazırlamağa başlayacağı mənasına gəlirmi?” sualına Kornelius müsbət cavab verib.

“Günün sonunda siyasi məsləhətçilər səviyyəsində sanksiya tədbirlərinə hazırlıq başlayacaq", - siyasətçi bildirib.

Onun sözlərinə görə, İstanbulda aparılan danışıqlara paralel olaraq 17-ci sanksiyalar paketi Brüsseldə hazırlanacaq.