ABŞ vətəndaşlığı olan İsrailli girov nə vaxt azad ediləcək? – HƏMAS açıqladı

ABŞ vətəndaşlığı da olan israilli girov bu gün azad ediləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşması məlumat yayıb.
“Biz qərara gəldik ki, bazar ertəsi, mayın 12-də İsrail əsgəri və ABŞ vətəndaşı İdan Aleksandrı azad edək”, - qrupun rəsmi sözçüsü Əbu Ubayda öz “Telegram” kanalında yazıb.
Ancaq girovun İsrailə qayıda biləcəyi dəqiq vaxt açıqlanmayıb.
Digər tərəfdən, dünən HƏMAS hərəkatı da Qəzza zolağında saxlanılan amerikalı girovu azad edəcəyini təsdiqləyib.
Eyni zamanda, hərəkat vurğulayıb ki, məhbusun azad edilməsi Qəzza zolağında atəşi dayandırıılması, anklavla sərhəddə bütün keçid məntəqələrinin açılması, o cümlədən, Qəzzaya humanitar yardımın gətirilməsi üçün görülən tədbirlərin bir hissəsi olmalıdır.