Sesk Fabreqas İngiltərə yolunda - Bu mütəxəssisin yerini tutmağa real namizəddir

İtaliyanın A Seriyası təmsilçisi "Komno"nun baş məşqçisi Sesk Fabreqas karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən jurnalist Qrem Beyli yayıb.
Xəbərə görə, onun xidmətində İngiltərə Premyer Liqasına (İPL) vəsiqəni təmin edən "Lids" maraqlıdır. Mənbə "tovuzquşular"ın rəhbərliyinin komandanın indiki çalışdırıcısı Daniel Farkeyə güvənmədiyini, Fabreqasın İPL-də daha uğurlu olacağını düşündüyünü vurğulayıb.
Qeyd edək ki, 33 oyuna 39 xal toplayan "Komo" hazırda A Seriyasının turnir cədvəlində 12-ci pillədə mövqe tutub.